Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Neftçi”nin baş məşqçisi: “Seçimimizi bu gün belə etdik”

“Bilirdik ki, necə komandaya qarşı oynayacağıq. Rəqibin gücündən danışmağa ehtiyac yoxdur. Güclü komandadır. Oyuna ciddi hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Azarkeşlər bizdən hər zaman bunu gözləyirlər. Heyf ki, alınmadı”.

Bizimyol.info xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov deyib. Daha sonra gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Qapı xəttindəki dəyişiklik nə ilə bağlı idi?

- Bizim iki təcrübəli qapıçımız var, hər ikisinə güvənməliyik. Aqil Məmmədov Türkiyədəki toplanış zamanı da özünü yaxşı tərəfdən göstərmişdi. Sadəcə, seçimimizi bu gün belə etdik.

- İlk hissədə Stiven Jozef-Monrozu 2 dəfə məşq etməyə göndərdiniz. Dario Frederikonu əvəzləmək istəyirdiniz?

- Dario taktiki gediş var idi ki, onu başa düşmürdü. Amma getdikcə vəziyyəti düzəltdi.

- Qol üçün nə çatmadı?

- Qol vurmaq istəyirdik. Namiqin epizodunda bir az dəqiqlik çatmadı. Üstəlik, “Qarabağ”ın müdafiəçiləri də yaxşı oynadı.

- Bu heyətlə çempion ola bilərsiniz?

- Bu, futboldur. Futbolçularla aramızda uyğunlaşma önəmlidir. Zamanla bu məsələni daha yaxşı düzəldəcəyik.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »