"Reuters"-ə istinadən verdiyi xəbərə görə silahlı 16 nəfəri girov saxlayır.
***
Tailandın Nakhon Ratçhasima şəhərində hərbi hissədən yolsuzluq avtomobili ilə qaçan həbçi küçədə yoldan keçənlərə avtomatdan atəşə tutub. Əsgər 17 nəfəri öldürüb.
RİA “Novosti” xəbər verir ki, insident nəticəsində azı 17 nəfər ölüb, çox sayda yaralı var.
Tailand Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə hücum edib. "Bankok Post"un məlumatına görə, o, hərbi hissəni tərk etməzdən öncə komandirinə və iki əsgərə atəş açıb.
Daha sonra şəhərdəki "Terminal 21" ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri "Facebook" hesabında canlı yayımlayıb.
Bizimyol.info