Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sumqayıt" - "Zirə" oyununda dava düşüb

Azərbaycan Premyer Liqasının XVI turunda keçirilən "Sumqayıt" - "Zirə" oyununda xoşagəlməz hadisə yaşanıb.

Hazırda ilk hissəsi gedən qarşılaşmada dava düşüb.

Matçın 36-cı dəqiqəsindən sonra meydanda mübarizədən çox futbolçular arasında mübahisə diqqət çəkib. İlkin Muradovun ikinci sarı vərəqə alaraq meydandan qovulması ilə razılaşmayan "Zirə"nin kapitanı Cavid Hüseynov baş hakim Orxan Məmmədova sərt şəkildə etirazını bildirib. Rəqibin hücumçusu Peyman Babayinin araya girməsinə qəzəblənən Hüseynov onun üzərinə şığıyıb. Davanın böyüməsinə digər futbolçular imkan verməyiblər. Ara sakitləşdikdən sonra referi hər iki futbolçunu, eyni zamanda "Sumqayıt"ın yarımmüdafiəçisi Əmir Ağayevi sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, hazırda oyunun birinci hissəsinin sonlarıdır və görüşdə bərabərlik var - 1:1.(apa)

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› "Bakıdan İstanbula bilet 800 manatadır" - AZAL tənqid olundu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Fevralın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »