"Qrafikə uyğun olaraq, Bakı, Sumqayıt və Abşeronda olan vətəndaşlar artıq pensiyalarını artımlarla birgə ala bilərlər".
Bizimyol.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Şöbə müdiri qeyd edib kiki, Bakı, Sumqayıt və Abşeronda qeydiyyatında olan vətəndaşlar artıq pensiyalarını ala bilərlər: "Pensiyalar yanvar ayının artımı da əlavə olunmaqla ödənilib. Digər şəhər və rayonlar üzrə pensiyalar, hər ay olduğu kimi qrafikə uyğun olaraq ödənəcək".
Qeyd edək ki, Prezident İlham Əliyevin 6 fevral 2020-ci il tarixli Sərəncamı ilə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb.