Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanada İrandan 1,5 milyard dollar təzminat tələb edir

Kanadada hüquqşünaslar Tehranda vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə ilə bağlı İran hökumətindən 1.5 milyard Kanada dolları (1.95 milyard AZN) ödəməyi tələb edib.

Bu barədə “Reuters” xəbər yayıb.

Əsas iddiaçının adı açıqlanmayıb. Hüquqşünasların sözlərinə görə, onun ailəsi İrandadır və hökumət tərəfindən təqib oluna bilər. Məhkəmədə cavabdeh tərəflər İran hökuməti, İranın Ali dini lideri Ayətullah Əli Xameneyi, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandirləridir.

Xatırladaq ki, yanvarın 8-də MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulub. Hadisə vaxtı 176 nəfər həlak olub. Onlardan 63-ü Kanada vətəndaşı olub. İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf edib.

Rəsmi Tehran təyyarənin “qara qutuları”nı özündə saxlamağa qərar verib. Bu qərar Kanadanın Baş naziri Castin Tryudo tərəfindən kəskin tənqid edilib.(oxu.az)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »