Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycandan ABŞ-a göndərilən xurmanın içindən narkotik çıxdı

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhəddindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycan Respublikasından Amerika Birləşmiş Ştatlarına göndərilən, içərisində 3.5 kq şirniyyat olduğu göstərilən poçt bağlamasına Bakı Karqo Terminalının ixrac nəzarəti xəttində rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib və monitorda şübhəli əşyaların təsviri görünüb. Daha sonra kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib.

Hal şahidlərinin iştirakı ilə keçirilən təkrar yoxlama zamanı bağlamada, 3 ədəd polietilen paketdə xurma yükü olduğu müəyyən edilib. Bundan sonra yoxlama davam etdirilib və müəyyən olunub ki, qaçaqmalçılar "unikal" gizlətmə yolundan istifadə edərək narkotiki xurmaların hər birinin içərisinə çəyirdək formasında yerləşdiriblər. Ümumilikdə, 305 ədəd xurma çəyirdəyi formasında, çəkisi 1048 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
››› Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb
Son xəbərlər
Bütün xəbərlər »