Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Survivor”dan Azərbaycanlı idmançılara təklif gəlib
survivor-2020

Azərbaycanın iki idmançısına Türkiyənin məşhur “Survivor” realiti-şousundan təklif gəlib.

Onlar kikboksçular – Eduard Məmmədov və Pərviz Abdullayevdir.

“Ağ Canavar” ləqəbli Eduard Məmmədov təklifdən imtina etdiyini bildirib:

“Dövlət işində çalışdığım üçün şouda iştirak edə bilməyəcəyimi bildirdim. Çünki bir neçə gün Azərbaycandan kənarda qalmaq tələb olunur. Daxili İşlər Nazirliyinin zabitiyəm. İşimlə əlaqədar alınmadığı üçün təklifdən imtina etdim”.

“Kobra” ləqəbli Pərviz Abdullayev isə hazırda İstanbuldadır. O, şouda iştirakla bağlı danışmağa təşkilatçılar tərəfindən icazə verilmədiyini bildirib. Əldə etdiyimiz məlumata görə, artıq sabah Pərviz iştirakçılarla birgə yarışın keçiriləcəyi Dominikana yola düşəcək.

Qeyd edək ki, “Survivor”da “Məşhurlar” və “Könüllülər” komandası yarışacaq. “Survivor” cari mövsümdə fevralın 16-da Türkiyənin TV8 telekanalında efirə çıxacaq. Yarışda Ersin Korkut, Uğur Pektaş, Tayqun Ərdoğan, Yasin Obuz, Cemal Can, həmçinin “Qalatasaray”ın sabiq futbolçusu Sərcan Yıldırımın iştirak edəcəyi bəlli olub.(oxu.az)

Paylaş »
››› İş adamının jurnalistləri söyən qalmaqallı oğlu saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Tanınmış iqtisadçı İqtisadiyyat Nazirliyini "icazə sistemi"nə görə məhkəməyə verəcək
››› 2 polis zabiti koronavirsudan dünyasını dəyişdi
››› Mirşahin Ağayev koronavirusa yoluxub
Son xəbərlər
Bütün xəbərlər »