Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstan prezidenti 8 nəfərin ölümü ilə nəticələnən davaya münasibət bildirib

Qazaxıstanın Jambıl vilayətində toqquşma və kütləvi dava olub.

Qazaxıstan KİV-i xəbər verir ki, vilayətin iki kəndində iki saat ara ilə sakinlər arasında toqquşmalar yaşanıb və bu, kütləvi davaya keçib.

Polisin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub. Polis “xuliqanlıq” maddəsi ilə istintaqa başlayıb. Toqquşmanın səbəbi araşdırılır. Polis yanlış və saxta məlumat yayanların cinayət məsuliyyətinə cəlb olunacağını açıqlayıb. Buna səbəb həmin bölgədə dunqan millətindən olan azlıqların yaşamasıdır.

Məsələyə Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev da münasibət bildirib: “Gecə olanlar üzücüdür. Təxribatçılar bu vəziyyətdən yararlanmağa çalışdılar. Təəssüf ki, ölən və yaralananlar var. Hazırda vəziyyət polis və Milli Qvardiyanın nəzarəti altındadır. Dövlət orqanları bu ciddi hadisənin nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər görməlidir”.

Prezidentin də qeyd etdiyi kimi, toqquşmalarda ölənlər var. Qazaxıstanın Daxili İşlər naziri Yerlan Turqumbayev bu gün səhər keçirdiyi brifinqdə kütləvi dava-dalaşda 8 nəfərin öldüyünü, onlarla adamın bədən xəsarətləri və güllə arası aldığını bildirib.

Onun sözlərinə görə, hüquq-mühaqfizə orqanları əməkdaşları 47 nəfəri saxlayıb.(report)

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
››› Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb
Son xəbərlər
Bütün xəbərlər »