Bakıda axtarışda olan şəxs saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitələrini ələ keçirmə) maddəsi ilə axtarışda olan Maştağa qəsəbə sakini, 1977-ci il təvəllüdlü N. Babayev saxlanılıb.
N. Babayev saxlanılan zaman onun üzərindən 510 q heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.(apa)