Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BŞİH hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Bakı Şəhər İcra Hakimiyyəti hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib.

BŞİH-in müraciətində bildirilib ki, gecədən başlayaraq hava kəskin dəyişəcək, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir. Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.

Bununla əlaqədar əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilir.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın bütün idarə və təşkilatlarına hava şəraiti ilə bağlı xəbərdarlıqlar edilib, şəhərin Mənzil Kommunal Təsərrüfatı Departamentinin və digər qurumların xüsusi texnikası, qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib. Həmin günlərdə paytaxtın bütün kommunal və texniki xidmətləri gücləndirilmiş iş rejimində çalışacaqlar.

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »