Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ"ın sabiq qapıçısı: "5 dəqiqədən sonra təklifi qəbul etdim"

Mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edən qapıçı Asmir Beqoviç BBC-yə müsahibə verib.

33 yaşlı qolkiper İtaliyanın "Milan" klubuna keçidinin tez yekunlaşdığını bildirib.

Bosniya və Hersoqovina yığmasının üzvü "Milan"a "hə" deməyiniz üçün nə qədər vaxt lazım oldu" sualını belə cavablandırıb: "5 dəqiqə sonra qərar verdim. Çox seçimim var idi, amma "Milan"dan zəng gəldi və dünyanın ən böyük klublarından birində oynamaq şansım oldu. Bu fürsət əlimə düşən kimi dərhal qəbul etdim. "Milan" liderliyə və təcrübəyə ehtiyacı olan gənc komandadır. Həm meydanda, həm də kənardan öz töhfəmi vermək üçün buradayam".

Təcrübəli oyunçu İtaliya təmsilçisinin ulduz futbolçusu Zlatan İbrahimoviç barədə də danışıb: "O, kollektivə liderlik gətirdi. Möhtəşəm insandır və çox peşəkardır. Hər kəs üçün nümunədir. Hamını əllərindən gələnin ən yaxşısını etməyə məcbur edir".

Qeyd edək ki, Asmir Beqoviç müqavilə ilə İngiltərə "Bornmut"una məxsusdur. Onun klubla müqaviləsi 2021-ci ilin iyununadəkdir.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »