Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Messinin “Barselona”dakı aqibəti məlum oldu
Lionel Messi

“Barselona” futbol klubu hücumçu Lionel Messinin Katalon klubunu tərk edib-etməməsi məsələsinə aydınlıq gətirib.

Bu barədə “Sky Sports” məlumat yayıb.

Klub bildirib ki, argentinalı futbolçu klubun idman direktoru Erik Abidalla qarşıdurmaya baxmayaraq, qarşıdan gələn yayda komandanı tərk etməyə hazırlaşmır.

Messi "Barselona”da ən azı müqavilə müddətinin sonuna kimi qalmağı planlaşdırır. Qeyd edilir ki, müqavilə 2021-ci ilin 30 iyununa qədər qüvvədədir. Bundan əlavə, 32 yaşlı argentinalı müqavilə müddətinin uzadılmasına qarşı deyil.

Xatırladaq ki, Lionel Messi ilə komandanın idman direktoru Erik Abidal arasına münaqişə "Instagram"da yaranıb. Argentinalı hücumçu Abidalın sabiq baş məşqçi Ernesto Valverde barədə sözlərinə reaksiya verib. Abidal iddia edib ki, komanda Valverdeni tənqid edir və tam gücünü ortaya qoymurdu. Lakin Messi klub rəsmisindən narazıların adlarını çəkməsini tələb edib.(report)

Paylaş »
››› Neftçalada baş verənlərin pərdəarxası
››› İranla sərhədlər bağlanır
››› Qonşu ölkədə koronavirus dəhşəti: Ölənlərin sayı 9-a çatdı
››› Ruslar Türkiyə ordusunu bombaladı
››› Yazda uğur qazanacaq bürclər
Son xəbərlər
Bütün xəbərlər »