Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Baş Nazirdən kartofun gömrük rüsumu ilə bağlı qərar
1535988325_1535985170_untitled-1

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərar faraş kartof istehsalının artırılmasının dəstəklənməsi məqsədi ilə hazırlanıb. Qərara əsasən toxumluq kartofun idxalının gömrük rüsumlarından azad edilməsi bir ay qabağa çəkilir.

Əli Əsədov Əli Əsədov

Əvvəlki qərara əsasən kartof toxumunun idxalı mart, aprel, may aylarında gömrük rüsumundan azad edilmişdi. Dəyişiklikdən sonra isə bu fervral, mart, aprel aylarına şamil ediləcək.

Kartof toxumu idxal olunduqda, onun daşınmasına, çeşidlənməsinə, əkinqabağı otaq və ya istixana şəraitində cücərdilməsinə və əkinin aparılmasına işçi qüvvəsindən və kartofun miqdarından asılı olaraq 20-25 gün vaxt tələb olunur. Nəticədə may ayında idxal olunmuş kartofun əkin müddəti iyun ayına təsadüf edir ki, bu ayda artıq dağlıq rayonlarda kartofun vegetasiya dövrü tam kollanma fazası ilə qönçələmə fazası arasında olur və beləliklə kartof toxumunun may ayında idxal olunmasının iqtisadi səmərəsi azalır.

Bu qərardan sonra:

- əvvəlki dövrdən fərqli olaraq rüsumsuz idxal olunan toxumdan alınan ilk məhsul mayda deyil, artıq apreldə yığılacaq;

- məhsuldarlığın artmasına və məhsul bolluğuna səbəb olacaq;

- Fermerlərin istehsal xərci azalacaq və faraş kartofun maya dəyəri aşağı düşəcək;

- Rüsumsuz toxum idxalı siyasətinin iqtisadi səmərəsi artmış olacaq. (Qafqazinfo.az)

Paylaş »
››› Azərbaycanda koronavirus həyacanı: “Səhiyyə bərbad gündədir, virus çox can ala bilər”
››› Azərbaycanlılar İrəvanda erməni kəşfiyyatını ələ saldılar: "Çox pis işləyirsiniz" - Video
››› Bloqçu Xocalı soyqırımı günündə gecə klubunda reyd keçirdi, qalmaqal yaşandı - Foto
››› Cənubi Azərbaycanda tibb bacısı işdə koronavirusdan həyatını itirdi - Foto
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
Son xəbərlər
Bütün xəbərlər »