Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oqtay Gülalıyevin oğlundan atası ilə bağlı açıqlama - Video

Türkiyədə müalicəsi davam edən hüquq müdafiəçisi Oktay Gülalıyevin səhhətindəki müsbət dinamika davam edir.

Bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat paylaşıb.

“Facebook” hesabından video paylaşan T.Gülalıyev bildirib ki, Oqtay Gülalıyevin sonuncu əməliyyatından sonra oyanıqlığı artıb:

“Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəlləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsi ilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa kömək vasitəsi ilə öz ayaqları üzərində dura bilir”.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir.

Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »