Məlum olduğu kimi, hüquqşünas Fuad Ağayev Bizimyol.info-ya 23 saylı Nəsimi-Səbail seçku dairəsində vəfat etmiş şəxsin adına seçki bildirişi gəldiyi haqda məlumat vermişdi. Dairə seçki komissiyasının sədri Ağabala Quliyev isə elə bizimyol.info saytıba verdiyi açıqlamada Fuad Ağayevin iddialarını tıkzib edib. Əlavə olara bildiririk ki, 15 iyul 1990-cı il təvəllüdlü Manafova Nərgiz Mütəllib qızı Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi ev 191 mənzil 40 ünvanında qeydiyyatdadır.
Həmin ünvanda onunla birlikdə ögey qardaşı - 18.09.1969-cu il təvəllüdlü Rəhmanov İlqar Xamid oğlu, övladı 1999-cu il təvəllüdlü Rəhmanov Xamid İlqar oğlu ilə birgə qeydiyyatdadırlar. Valideynləri vəfat etdikdən sonra ögey qardaşı ilə aralarında yaranmış mənzil mübahisəsi zəminində N.Manafova mənzili tərk etmiş və hal-hazırda Nərimanov rayonunda yaşayır.
Manafova Nərgiz Mütəllib qızı doğma bacısı Manafova Nigar Xamid qızı ilə birgə Rəhmanov İlqar Xamid oğlunun anası Manafova İlimə Mütəllib qızı tərəfindən övladlığa götürülmüşlər. Bacısı Manafova Nigar Xamid qızı ailə qurduğundan başqa ünvanda yaşayır.