Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinlilərsiz Avropa: küçələr boşalıb, yüz milyonlarla avro ziyan gözlənilir

İtaliyanın paytaxtı Romada turist sayının kəskin azalması hiss olunur. Küçələr əməlli-başlı boşalıb.

Bizimyol.info xəbər verir ki, tək Roma bu gündə deyil, bütün Avropada turist azlığı müşahidə edilir. Heç kim bunun koronavirusla bağlı olduğunu gizlətmir. Çinlilər gəlmir, gələ bilmirlər və ya indi arzuolunan deyillər.

Roma federal hökumətinin rəhbəri Cuzeppe Roskioli narahatlığını aşkar ifadə edir. Dövlət məmuru deyir ki, vəziyyət heç vaxt olmadığı qədər ağırdır. Ölkədə 6 aylıq fövqəladə vəziyyət elan olunub. Bu müddətdə Çinə və oradan geri uçuşlar həyata keçirilməyəcək. Romada otel biznesi çökür. Azı 500 milyon avro ziyandan söhbət gedir.

Roskioli deyir ki, Asiyanın başqa dövlətlərindən olan turistlər də ehtiyatlı davranmağa başlayıb. Cənub-Şərqi Asiyadan, Yaponiyadan, hətta Avstraliyadan gələnlərin sayı azalıb. Minlərlə otel otağının bronu ləğv edilib. Təkcə otellərə 50 milyon avro ziyan dəyib. Zarafat deyil, çinlilərin hər il 600 milyon səfəri baş tuturdu.

Zərəri təkcə Roma görmür. Londonda, Parisdə də çinli turistlər kəskin azalıb. Hərçənd, Böyük Britaniya və Fransa İtaliyadan fərqli olaraq çinlilərə maneə yaratmağa tələsməyib.

Ümumiyyətlə, 14 dövlət çinlilərin gəlişinə qadağa qoyub. Bunlar Hindistan, İsrail, Sinqapur, Avstraliya, Baham adaları, İndoneziya, Qvatemala, Honkonq, Monqolustan, İraq, Cənubi Koreya, Yamayka, Vanuatu və Filippindir.

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »