Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kamil Musəvi Fəzail Ağamalının qovulmasına aydınlıq gətirib - Video

Xəbər verdiyimiz kimi ötən gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliklərini irəli sürmüş Qarabağ qazisi Kamil Musəvi və Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qalmaqal yaşanıb.

Bizimyol.info xəbər verir ki, Kamil Musəvi sakinlər arasında Fəzail Ağamalı ilə arasında olan gərginliyin səbəbini açıqlayıb.

“Fəzail Ağamalının seçicilərlə görüşündə mənim tərəfdarlarım iştirak etmək istəyiblər. Onları döyüblər. Başa düşə bilmirəm ki onlar niyə iştirak edə bilməzlər? Fəzail Ağamalıya sual verməyə belə qoymayıblar.

15 il seçicilərə xidmət etməyən şəxs niyə yenidən deputat olmalıdır? Seçicilər seçki qutusuna getsinlər, səs versinlər. Ola bilsin ki yaşlı nəsil baş verənlərlə barışıb, amma seçiçilər ümidsizliyə qapılmasın”,-deyə Kamil Musəvi bildirib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, nazirlikdə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində aparılan təxribata hüquqi qiymət verilməsi üçün araşdırma aparılacaq.

Son xəbərlər
Bütün xəbərlər »