Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra hakimiyyəti yardım istəyən tənha anaya “dəli” deyir

Cəlilabad rayonunun Kazımabad kənd sakini Hüseynova Nəcibə Bizimyol.info redaksiyasına müraciət edərək səsinin eşidilməsini istəyib, haray səsini ucaldıb.

Nəcibə Hüseynova oğlunu tək böyütmüş anadır, 53 yaşı var, kənddə əkin- biçinlə başını dolandırmağa çalışır. Əlavə gəlir yeri yoxdur. Öz dediyinə görə oğlu 1987-ci il təvəllüdlü Emin Hüseynov Moskva şəhərində həbs olunub. Oğlunun həbs olunma səbəbi budur ki, o bazarda ona borclu olan şəxslərdən borcunu tələb edərkən dava düşüb. Davaya görə də polis tərəfindən 2019-cu ilin sentyabr ayında saxlanılıb. Dava zamanı ölüm və yaralanma halı baş verməyib.

Nəcibə ana oğlunun xilası üçün vəkil tutmağa imkanı olmadığına görə yardım istəyir. Oğlunu həbsdən azad etdirmək üçün dəfələrlə kənd sovetliyinə, rayon İcra Hakimiyyətinə müraciət edib, hətta Ədliyyə Nazirliyinə, dövlət başçısına müraciət ünvanlayıb. Amma qaydalara əsasən yuxarılara yazılan məktublar baxılmaq üçün İcra Hakimiyyətinin üstünə göndərilir, İcra Hakimiyyəti də yuxarılara cavab olaraq bildirib ki, Nəcibə Hüseynova ruhi xəstədir. Nəcibə Hüseynova bildirir ki, oğlu döyüş bölgəsində hərbi xidmətdə olarkən onun ölüm xəbərini aldığına görə bir dəfə möhkəm sarsıntı keçirib. Lakin məlum olub ki, oğlu ayağından güllə yarası alıb. Bu qorxunu anlamaq normaldır.

Əslində anormal olan şey başqadır. Nəcibə Hüseynova hətta həqiqətən ruhi xəstə olsa belə onun müraciəti konkret olaraq oğlu üçün kömək istəməkdir. Və İcra Hakimiyyətinin də vəzifəsi vətəndaşa kömək etmək,müraciətini dinləməkdir, onun hansı xəstəlikdən əziyyət çəkməsindən asılı olmayaraq. Əgər həqiqətən ruhi xəsətdir deyirlərsə bəs bu qadına niyə pensiya vermirlər. Yox xəstə deyilsə niyə dinləmirlər? Problem həll olunmasa belə sadəcə cavab verilməlidir.

Əlini hökumətin ətəyindən üzən naçar ana indi ümidini xalqa bağlayıb, deyir bəlkə kimsə səsimi eşidər, mənə vəkil tutmağa kömək edər. Bizim əlimizdən yardım istəyən insanın səsini insanlara çatdırmaq gəlir, bir ananın “imdad“ harayına cavab vermək istəyənlər isə bizimlə əlaqə saxlaya bilərlər.

Məsələ ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.

İlhamə Rəsulova

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »