Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BŞBPİ: Rəhim Qazıyevin övladlarına məxsus avtomobilin şinlərini keçmiş kürəkəni kəsib

Sabiq müdafiə naziri Rəhim Qazıyevin övladlarına məxsus avtomobilin şinlərinin kəsilməsi ilə bağlı sosial şəbəkələrdə xəbər yayılıb. Xəbərdə hüquq-mühafizə orqanları hərəkətsizlikdə ittiham edilib.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti açıqlama verib.

“Rəhim Qazıyevin övladlarına məxsus avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib. Sosial şəbəklərdə polisin faktla bağlı tədbirsizliyi ilə bağlı yayılan məlumatlar əsassızdır”.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də 102 Xidməti Zəng Mərkəzinə müraciət daxil olub.

Həmin müraciət üzrə Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsində (PB) aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş yoldaşı Ş.Qazıyeva ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib.

Yasamal RPİ 28-ci PB-də faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
Son xəbərlər
Bütün xəbərlər »