Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran təyyarəsi raketdən son anda xilas olub

Fevralın 6-na keçən gecə İsrailin Suriyaya növbəti raket zərbələri zamanı İrana aid Airbus 320 sərnişin təyyarə az qala raketə tuş gələcəkdi.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

Bu gün fevralın 7-də keçirdiyi brifinqdə Konaşenkov deyib ki, Tehran-Dəməşq reysi ilə uçan təyyarə İsrailin hava zərbələrini dəf edən Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin hədəfi olmaqdan son anda qurtulub. Və göyərtəsində 172 nəfər olan sərnişin təyyarəsi Rusiyanın Suriyadakı Hmeymin aviabazasına məcburi eniş edib.

“Pilotlar təyyarəni atəş altından son anda çıxara biliblər və Hmeymim aviabazasına endiriblər”,-Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Konaşenkov deyib ki, fevralın 6-da gecə saat 2-dən sonra İsrail Hərbi Hava Qüvvələrinin 4 F-16 təyyarəsi Suriyanın hava məkanına daxil olmadan Dəməşq ətrafındakı hədəflərə qəfildən səkkiz “hava-yer” raketi buraxıb. Suriya buna cavab olaraq Hava Hücumundan Müdafiə komplekslərini işə salıb və İran layneri “az qala ölümcül zenit-raket atəşi zonasında qalacaqdı”.

Məlumata görə dispetçerlər pilotlara təyyarəni atəş zonasından çıxarmaqda kömək ediblər və layner Hmeymim aviabazasına enib. Konaşenkov deyib ki, İsrailin Suriya Hava Hücumundan Müdafiə sistemlərinin cavab zərbələrindən yayınmaq üçün sərnişin təyyarələri arxasında “gizlənməsi” birinci dəfə deyil.

İsrail tərəfi bu ittihamı şərh etmir. Ötən il İsrailin Suriyaya növbəti hava zərbələri zamanı bu ölkənin Hava Hücumundan Müdafiə qüvvələri cavab atəşləri açmışdı və bu vaxt Rusiyanın kəşfiyyat təyyarəsini səhvən vurub dənizə salmışdı.

Yanvarın 6-na keçən gecə İsrailin Dəməşq ətrafında İranın İnqilab Keşikçiləri Korpusunun bazasını vurduğu bildirilir. İddia edilir ki, Suriya HHM sistemləri raketlərin bir qismini havada vurub.(virtualaz.org)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
››› Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı
››› İranın buraxdığı uzaqmənzilli raketlər Hind okeanında Amerika təyyarədaşıyanının həndəvərinə düşdü
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Ermənistanın baş naziri vəzifəsinə namizəd: Ordunun bərpasına azı 2-3 il lazımdır
››› Yanvarın 18-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »