Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evli qadınları şantaj edib pullarını alan şəxs faciəli şəkildə öldü

Rusiyanın İnquşetiya Respublikasında alfons faciəli şəkildə ölüb.

Lenta.ru-nun xəbərinə görə, hadisə Nazran şəhərində baş verib.

Xəbərdə bildirilib ki, evli qadınları özünə aşiq edib pullarını mənimsəyən İsa Altəmirov beşinci mərtəbədən yıxılaraq ölüb.

Polis əməkdaşları qəsbkarlıq və şantajda ittiham edilən həmin şəxsi tutmaq üçün onun yaşadığı mənzilə gəliblər.

Polislərə müqavimət göstərən Altəmirov onlara qumbara atıb. Lakin qumbara partlamayıb və bu zaman o, beşinci mərtəbənin pəncərəsindən tullanıb.

Onun mənzilində həmin vaxt başqaları da olub. Mənzildən külli miqdarda narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, İsa Altəmirov qardaşı Həsənlə birlikdə evli qadınları özlərinə cəlb edib. Sonra həmin qadınları başqa şəxslərlə cinsi əlaqədə olmağa məcbur edərək şantajla pullarını alıblar.

Keçən ilin iyun ayında polislər Həsəni tutmağa müvəffəq olsalar da, İsa Altəmirov qaça bilib.(oxu.az)

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
Son xəbərlər
Bütün xəbərlər »