Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Londondan 4 qat böyük olan aysberq qoparaq dünya üçün təhlükəyə çevrilib - Foto

2017-ci ilin iyul ayında Larsen buzlağından sahəsi 5800 kvadrat kilomater olan aysberq ayrıldı. Bu Moskva şəhərinin ərazisindən iki qat böyük bir sahə deməkdir. A68 adı verilən aysberq öncə Antarktida yaxınlığında olsa da, indi o, açıq okeana düşməyə hazırlaşır və bu dünyanın iqlimi üçün fəlakət ola bilər.

Bizimyol.info xəbər verir ki, alimlərin fikirlərinə görə, aysberqin isti okean sularına qarışıb əriməsi bütün planetin həyatında geridönüşü olmayan proseslərə yol aça bilər. Ekoloq alim Adrian Lakman bildirib ki, buzun qalınlığı 200 metr təşkil edir və bu onun uzunluğundan (150 km) çox azdır. Bu buzlaq okean sularına tab gətirməyib parçalanacaq və əriyəcək.

"Larsen C" aysberqi "Larsen C" aysberqi, NASA-nın hava aparatının çəkdiyi foto

Buzlaqdan qopduqdan sonra aysberq yerindən tərpənməmişdi. Bu ilin yay mövsümündə o sürətlə dünya okeanına doğru yol alıb. Alimin fikrinə görə, hələlik onun ilk marşrutu şimala, “Aysberqlər xiyabanı” adlanan sulara Atlantik okeanına doğrudur. Son ən böyük aysberq 2000-ci ildə Rossa buzlağından qopub və bu illər ərzində onun sahəsi 200 kvadrat kilometr azalıb. Mütəxəssilərin fikrinə görə hazırda daha iki nəhəng aysberqin qopması gözlənilir. Bu Şərqi Antarktidada Brant buzlağında və Payn Aylend buzlağında olacaq. Belə nəhəng aysberqlər gəmiçilik üçün təhlükəli olduqlarına görə daima nəzarətdə saxlanılır.

İlhamə Rəsulova

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Vilayət Eyvazov polis rəisini işdən azad etdi
Son xəbərlər
Bütün xəbərlər »