Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində təhsil alan tələbədən koronavirus açıqlaması – Video

Azərbaycanın sıx ticarət əlaqəsi olduğu Çindən dünyaya yayılan korona virusu ölkəmizdə də təlaş yaradıb. Ticarət sektorunda çalışan və Asiya ölkəsində təhsil alan minlərlə azərbaycanlı Çinin müxtəlif şəhərlərində yaşayırlar. Eləcə də, Azərbaycanda təhsil alan yüzlərlə Çin vətəndaşı var. Odur ki, Azərbaycan əhalisi korona virusu ilə bağlı yayılan xəbərlərdən narahatdır.

Çinin Zhengzhou Universitetində turizmin idarə edilməsi ixtisası üzrə magistr təhsili alan Araş Paşayev bildirib ki, Çində ortaya çıxan koronovirus epidemiyasının mərkəzi mövqesindəki Hubei əyalətinin Vuhan şəhəri blokadaya alınıb. Nəqliyyat vasitələrinin giriş-çıxışı dayandırılıb, məktəblərin və universitetlərin fəalliyyəti dayandırılıb.

Araş Paşayev Araş Paşayev

“Sosial mediada dezinformasiya yayırlar. Bu xəstəliyin ilk olaraq dəniz məhsulları satılan bazardan yayıldığı bildirilir. Virusla bağlı təqdim olunan göstəricilər Çinin 1.4 milyardlıq əhalisi ilə müqayisədə demək olar heç nədir. Sosial şəbəkədə yayılan videolara əsasən deyirlər ki, virusa görə əhali şəhəri tərk edib. Küçələrdə insanların az olmasının səbəbi indi Çində yeni il bayramının qeyd olunmasıdır. Məhz bayrama görə yollarda, küçələrdə insanlar azdırlar”,-deyə Araş Paşayev bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »