Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada hamı maskada gəzməlidir

Kəskin respirator virus infeksiyalarından qorunmaq və koronavirusdan profilaktika üçün Rusiyanın Xabarovsk şəhərində maska ​​rejimi tətbiq ediləcək.

Ren.tv-nin məlumatına görə, bu barədə şəhər adminstrasiyasının saytında bildirilib.

Qərar fövqəladə halların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə qəbul edilib.

Bildirilir ki, ticarət mərkəzlərində çalışan şəxslər, nəqliyyat, tibb və bank işçiləri, həmçinin, müəllimlər, tərbiyəçilər gündəlik çox sayda insanla təmasda olanların hamısı maska geyinməlidir.

Küçədə maska taxmaq lazım deyil, bu, yalnız qapalı yerlərdə vacibdir. Maska hər iki saatdan bir dəyişdirilməlidir.

Sosial müəssisələrdə, tibb təşkilatlarında, təhsil müəssisələrində, ticarət, xidmət və ictimai iaşə obyektlərində kütləvi-mədəni tədbirlərin keçirilməsinə məhdudiyyətlər qoyulur.

“İcbari tədbirlər Xabarovskda qrip və kəskin respirator virus infeksiyalarının artması ilə əlaqədardır, həmçinin koronavirusa yoluxmağın qarşısını almaq üçündür”, - deyə Xabarovsk administrasiyasının bədən tərbiyəsi, idman və səhiyyə şöbəsinin müdir müavini Tatyana Skorik bəyan edib.

Maska ​​rejiminə əməl olunmasına şəhərin müəssisə rəhbərləri tərəfindən nəzarət ediləcək. Həmçinin, apteklərdə hər kəsə kifayət edəcək qədər maskaların olduğu vurğulanıb.(oxu.az)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »