Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN Qubada yanğın baş verən əraziyə 2 helikopter göndərib

Qubanın Qarxun kəndində yanğın başlayıb.

Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda kənddə 5 ev yanır.

Yanğının söndürülməsi üçün əraziyə helikopterin cəlb olunması üçün Quba RİH-nin başçısı Ziyəddin Əliyev Fövqəladə Hallar Nazirliyinə müraciət edib.

Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada yanğın baş verən əraziyə 2 helikopter göndərib.

FHN-in Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva açıqlamasında bildirib ki, bu gün Quba rayonun Qalxun kəndində, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır.

Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub: “Əlavə məlumat veriləcək”.(apa)

Son xəbərlər
Bütün xəbərlər »