Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atalara 7 aylıq ödənişli dekret veriləcək

Finlandiyanın yeni höküməti ataların da uşaqları ilə daha çox vaxt keçirməsini təmin etmək məqsədilə hər iki valideynə bərabər müddətli dekret verilməsini nəzərdə tutan layihə hazırlayır.

“CNN Türk” xəbər verir ki, ödənişli dekret hər valideyn üçün 164 günə, toplamda da 14 aya qaldırılacaq.

Finlandiya bu dəyişikliklərlə gender bərabərləyini təşviq etmək istəyir.

Dünyanın ən gənc baş naziri olan Sanna Marin Finlandiyada gender bərabərliyini təmin etmək üçün hələ çox işlərin görülməli olduğunu deyib və ataların uşaqları ilə kiçik yaşlardan yetərincə vaxt keçirməməsindən şikayət edib.

Hazırda Finlandiyada dekret icazəsi 126 gündür. Atalar isə uşaqları iki yaşına çatanadək 66 gün icazədən istifadə edə bilər. Bundan başqa, valideynlər arasında paylaşılması mümkün 6 aylıq icazə də var.

Yeni layihəyə görə, hər valideynə 164 gün məzuniyyət veriləcək.

Nigahda olmayan analar isə hər iki valideynə verilən dekretin toplamı qədər icazədən istifadə edə biləcək.(report)

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »