Koronovirusu aşkar eləmiş 34 yaşlı həkim Li Venliyan elə həmin virusa yoluxaraq ölüb. O yeni xəstəliyin yayılacağı barədə xəbəri ilk verən insan idi.
Bizimyol.info-nun məlumatına görə, dekabrın 30- da həkim dostlarına yazıb ki, onun klinikasına atipik pnevmoniya diaqnozu ilə 7 xəstə daxil olub. Onların hamısı dəniz məhsulları satılan bazarda virusa yoluxublar. Bu məlumatı yaydıqlarına görə Li Venliyan və onun 7 həkim dostuna polis tərəfindən xəbərdarlıq edilib. Çox az sonra Li Venliyan və onun valideynləri də ölümcül virusa yoluxublar.

Məlumatı yayarkən Li Venliyan bunun SARS virusu olduğunu düşünürmüş.
Həkimin ölümü Çində sosial şəbəkələrdə böyük etiraz dalğasına səbəb olub. Bir çoxları onun öldürülməsi versiyasını irəli sürürlər.
İlhamə