Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təbii sərvətlərimizin 75 faizi xərclənib... Ölkədə istedadlı gənc qalmayıb" - Açıqlama

Yeni seçiləcək parlament hakimiyyətin bir neçə qolları üzərində hakimiyyət hüququqna malik olmalıdır.

Bizimyol.info-nun xəbərinə görə bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib.

Qubad İbadoğlu

“Müstəqil parlament hakimiyyəti gələcəyimiz üçün vacibdir. Elə bir hesablama palatası lazımdır ki, xərcləmələrin son təyinatı üzrə istifadəsinə müstəqil nəzarət edə bilsin. Bizdə antiinhisar nəzarəti institutu müstəqil olmalıdır ki, monopoliyaya qarşı mübarizə aparısın. Azərbaycan bazarında ən ciddi problem inhisarçılıqdır. Hesab edirəm ki, bizə elə bir mətbuat və vətəndaş cəmiyyəti lazımdır ki, o dövlətlə məhkəmə ilə birlikdə korrupsiyaya qarşı mübarizə apara bilsin. Vətəndaş fəallığı önəmlidir. Bizə müstəqil məhkəmə hakimiyyəti lazımdır ki, qanunun aliliyi təmin olunsun. Bizə elə iqtisadiyyat lazımdır ki, o sivil qaydalarla hərəkət eləsin. Bu mənada iki model məlumdur. Demokratiyasız inkişaf modeli olan Çili və Sinqapur modeli və Nordik modeli. Bu modellər onlardan istifadə edən dövlətləri dünyanın aparıcı onluğuna daxil edib adambaşına düşən gəlir səviyyəsinə görə, dünyanın ilk onluğu sırasındadılar.

Təbii sərvətlərimizdən əldə edilən gəlirin 75 faizi artıq xərclənib, amma 20 faizini gələcək nəsillərəı saxlya bilərik. Və biz gələcəyimi neftdə, qazda deyil, insanlarda görməliyik. Bu gün ölkədə istedadlı gənc qalmayıb, ölkədə işsizlik səviyyəsi ən çox gənclər arasındadır. Oxuyan savadlı gənclərimizi niyə başqa dövlətlərə verək? Məşğulluğu təmin etmək gələcəyimiz üçün vacibdir və problemlərimizin həllinin açarıdır. Azərbaycan gəncləri öz bilikləri ilə öz ölkəmizin inkişafına xidmət etməlidirlər. İqtisadiyyatda liberallaşdırma, təhsildə keyfiyyət dövlətin idarəedilməsində vətəndaş cəmiyyəti, azad məhkəmə , şəffaf hesabatlılığa hesablanan Nordik iqtisadi inkişaf modelinin araşdırılmasını təklif edirəm”,- deyə o qeyd edib.

Əmək pensiyalarının artırılması barədə danışan iqtisadçı qeyd edib ki, "indeksləşdirmə yalnız əmək pensiyalarına deyil, aylıq əsasda ödənilən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunsun. təklif edirəm ki, indeksləşdirmə yalnız əmək pensiyalarına deyil, aylıq əsasda ödənilən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunsun.

Hesab edirəm ki, buna büdcədən kənar mənbələr hesabına formalaşmış maliyyə vəsaitləri də imkan verir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin son açıqlamasına görə, ötən il qeyri-rəsmi məşğulluğun leqallaşması sayəsində iqtisadiyyat üzrə əmək haqqı fondunda 42 faiz və ya 3 milyard manat artım olub. Mövcud qanunvericiliyə görə, bu artımdan ən çox pay götürən Sosial Müdafiə Fondu olduğundan sosial müavinətlərin və təqaüdlərin də orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi mümkündür. Odur ki, nə qədər gec deyil, müvafiq qanunvericilikdə dəyişiklik edib, sosial müavinətlər və təqaüdlərin də indeksləşdirilməsi aparılmalıdır".

İlhamə Rəsulova

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »