Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Biz Avropaya əsas veririk ki, bizi tənqid eləsin" - Politoloqlar Avropa Şurasının qətnaməsi haqda
aspapa--0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı görüş zamanı deyib ki, Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdə daim hədəf seçiliblər. Bunu Prezident həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların olması ilə izah edib. Belə fikirlər səsləndirilib ki, Avropa Şurası artıq bu ikili standartların nəticəsində dünyada gedən proseslərə öz təsirini itirib və Azərbaycanda da bu quruma olan ümidlər zəifləyib.

Bu mövzu ilə bağlı yaranmış suallarla Bizimyol.info-nun əməkdaşı politoloqlara müraciət edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Avropa Şurasının Azərbaycanla Türkiyəyə ikili standartlarla yanaşmasına baxmayaraq, Azərbaycanın bu təşkilatda fəaliyyətini davam etdirməsinin zəruriliyini qeyd edib.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Azərbaycanla Avropa Şurasının münasibətlərini iki istiqamətdə qiymətləndirmək olar. Azərbaycan hökumətinin tənqid olunduğu və hökumətin qeyri-adekvat hesab etdiyi Avropa Şurasının Azərbaycanın daxili vəziyyəti ilə bağlı qətnamələri varsa da, qurum Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Bəli, Avropa Şurasının ikili standartları var. Məsələn, 2008-ci ildə Ermənistanda seçkilər zamanı insanlar gülləbaran olundu, onlarla insan qətlə yetirildi. Amma bu barədə Avropa Şurasının səsi də çıxmadı. Görünür, beynəlxalq təşkilat Azərbaycandakı məsələlərə həssas yanaşır. Avropa Şurasının qətnamələri Azərbaycanın fəaliyyətində əsas deyil. Azərbaycan hakimiyyətinin fəaliyyətində bu qətnamələr əsas götürülmür.

Azərbaycan hökuməti ilə Avropa Şurasının bir-birinə təndiqi münasibətləri var. Düşünürəm ki, Avropa Şurası ilə əməkdaşlığı davam etdirmək lazımdır. Bu təşkilatdan çıxsaq, Ermənistan üçün münbit şərait yaranacaq ki, Azərbaycanın əleyhinə təbliğatını gücləndirsin. Zaman-zaman belə tənqidlər olur. Dialoq hər iki tərəf üçün faydalıdır. Öz sözümüzü belə platformalarda dünyaya çatdırmalıyıq”,- deyə E.Şahinoğlu bildirib.

Politoloq vurğulayıb ki, Türkiyə ilə Azərbaycanın strateji müttəfiq olmasını istəməyən qüvvələr var: “Görünür, bunu da gözü götürməyənlər var. Belə bir strateji müttəfiqliyin əleyhinə olan qüvvələr də var. Avropada da var. Türkiyəyə qarşı münasibət birmənalı deyil. Avropa Türkiyəni sıxışdırmağa çalışır, verdiyi vədləri yerinə yetirmir. Azərbaycanın da Türkiyənin yanında yer alması görünür və bu, Avropadakı mərkəzlərin xoşuna gəlmir. Amma bizi bu maraqlandırmamalıdır. Bizim milli və təhlükəsizlik maraqlarımız var. Bizim bu marağımız Türkiyə ilə mütəffiqliyi gücləndirməyi diqtə edir”.

Beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri üzrə mütəxəssis Nəzakət Məmmədova bildirib ki, ikili satandartlar yoxdur, maraqlar var: “İstənilən ölkədə tənqid üçün həmişə əsas var. Azərbaycanda da var, Avropada da tənqid olunacaq məsələlər var. İdeal ölkə yoxdur. Azərbaycan deyəndə ki, bizə belə Avropa lazım deyil, Avropaya inteqrasiya lazım deyil və son zamanlar Rusiya ilə yaxınlaşması bizim daxilimizdə olan problemləri diqqət mərkəzinə gətirir. Bu, siyasi maraqlardan irəli gələn məsələdir, hansısa ölkəyə həddini bildirirlər.

Nəzakət Məmmədova Nəzakət Məmmədova

Amma biz deyə bilmərik ki, Avropa Şurasının qərarı qərəzlidir. Ölkədə demokratiya və insan haqları ilə bağlı problem var. İnsanlar öz fikirlərini azad ifadə edə bilmir. Mitinqlərdə əhaliyə qarşı aqressiv münasibət əllbətə ki, narahatlıq yaradan məqamdır. Yəni biz Avropaya əsas veririk ki, bizi tənqid eləsin.

Ermənistandakı həbsləri Avropa özü dəstəkləyir. Düzdür, həbs olunan şəxslər cinayətkardır. Biz də Ermənistanın keçmiş prezidentləri Köçəryanı və Serj Sarkisyanın cinayətkar olduğunu deyirik. Bu şəxslər Azərbaycan əhalisinə qarşı cinayət törədiblər, Ermənistanda demokratik ab-havanı boğublar. Yəni hakimiyyəti güc yolu ilə ələ keçiriblər. Avropa Rusiyanın təsirinin Ermənistanda azaldılması üçün istənilən addımı demokratik addım kimi qiymətləndirir. Avropa hesab edir ki, Rusiyanı anti-demokratikdir və Rusiyanın təsiri altında olan siyasətçilər, qüvvələr də anti-demokratikdir. Yəni onların həbs olunması insan haqlarının pozulması deyil. Onların cinayət əməllərini təsdiq edən faktlar var. Onların Azərbaycandakı şəxslərlə müqayisəsi doğru deyil. Ermənistanda həbs olunan şəxslərə görə biz narahat olmalı deyilik. Biz onları interpola vermək istəyirik. İndi qoy, onlar cəzasını çəksinlər.

Amma mitinqdə iştirak edən şəxslərin həbsi başqa məsələdir. İkili standartlar yoxdur, sadəcə, Avropanın harada marağı varsa və keçmiş sovet ölkələrinin hansı biri həmin marağı həyata keçirirsə, Avropa da ona müəyyən güzəştlər edir.

İnanmıram ki, Azərbaycan Avropa Şurasından çıxsın. Əvvəllər də qarşılıqlı tənqidlər olub. Azərbaycanın Avropa Şurasından çıxması doğru addım olmaz. Öhdəlikləri yerinə yetirmək lazımdır”.

Paylaş »
››› Etirazçılara zor tətbiq edən polislərə qarşı cinayət işi açıldı
››› Amerikalı professordan Paşinyana sərt cavab
››› “Fəzail Ağamalı hakimiyyəti təhdid edir”- deputatlığa namizəd
››› Münhen debatı karikaturalarda - Fotolar
››› Azərbaycana idxal edilən tütün məmulatları ilə bağlı yeni qərar
Son xəbərlər
Bütün xəbərlər »