Tovuz rayonunun Xatınlı kənd sakini Polis Şöbəsinə müraciət edərək ona məxsus evdən qızıl-zinət əşyalarının və nağd pulun oğurlandığını bildirib.
Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz RPŞ-nin əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 11000 manat, 200 ABŞ dolları və ümumi dəyəri 7000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əli Rüstəmov saxlanılaraq maddi sübutlarla ilə birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.