Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizədlər pulları MSK-ya qaytarmalıdırlar

Deputatlığa namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti Mərkəzi Seçki Komissiyasına (MSK) qaytarılmalıdır.

Bu barədə Seçki Məcəlləsinin 163-cü maddəsində bildirilib. Seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra MSK-nın hesabına köçürməlidir.

Bank bu əməliyyatı müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq həyata keçirir. Qeyd edək ki, qanunvericiliyə əsasən, namizədin seçki fondunun vəisaitinin yuxarı həddi 500 min manatdan çox ola bilməz.

Hələlik hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid seçki fondu üzrə maliyyə hesabatı MSK-ya təqdim olunub.

YAP-ın seçki fonduna 250 manatdan çox ianə köçürənlərin sayı 200 nəfərdir.

Ümumilikdə, fiziki şəxslərin könüllü ianəsi 453 min 300 manat təşkil edir. Fevralın 8-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədlərin təşviqatı başa çatacaq.

Fevralın 9-da isə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. (oxu.az)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »