Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bəxtiyar Musayev: "Neftçi" "Qarabağ"a rəqib deyil"
“Qarabağ” – “Neftçi” matçı

"Qış fasiləsindən sonra komandaların tam forma yığmaları üçün 2-3 tur oynamağa ehtiyacları var. Bu baxımdan "Qarabağ" - "Neftçi" matçında istənilən nəticə qeydə alına bilər".

Bunu Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

Karyerası ərzində həm "Qarabağ", həm də "Neftçi"nin formasını geyinmiş 46 yaşlı mütəxəssis Premyer Liqanın XVI turunda baş tutacaq "Qarabağ" - "Neftçi" matçını dəyərləndirib. Seleksiyaçı-məşqçi baxımlı oyun arzuladığını söyləyib: "Hər iki komandanın heyətində oynamışam. Amma "Neftçi"də həm uzun müddət çıxış etmişəm, həm də işləmişəm. "Neftçi" indi "Qarabağ"dan 8 xal geridə qalan komanda olmamalıdır. Çox istərdim ki, bu oyun futbol ictimaiyyətinə, azarkeşlərə zövq versin, qollar, həyəcan görək. Belə bir oyuna ehtiyacımız var. Çünki çempionat oyunlarına baxırsan, çox aşağı səviyyədə keçir. Heç olmasa, bu iki komandanın duelindən zövq ala bilək. Güclü qalib gəlsin".

Veteran futbolçu hələ mövsümün əvvəlindən "Qarabağ"ın çempionluğunun məlum olduğunu düşünür. O, hazırda heç bir klubun Ağdam təmsilçisinə rəqib olmadığı qənaətindədir: "Neftçi" bu gün "Qarabağ"a rəqib deyil. Təəssüf ki, "Neftçi" də "Qarabağ"la rəqabət yarada bilmir və bu amil elə "Qarabağ"ın da ziyanınadır. Hələ mövsüm yeni başlayanda demişdim ki, "Qarabağ" şübhəsiz çempiondur. Ötən mövsüm "Neftçi" 5 xal öndə olarkən bu üstünlüyü qoruya bilmədi. Amma indi "Qarabağ" 8 xal öndədir və düşünürəm ki, turdan-tura daha da uzaqlaşa bilər. Etiraf edək ki, "Qarabağ" bütün komandalardan çox üstündür".

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu fevralın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.(apa)

Paylaş »
››› İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür
››› Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video
››› Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
››› Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
››› Koronavirus təhlükəsi: Azərbaycan İranla sərhəddə gömrük məntəqəsini bağladı
Son xəbərlər
Bütün xəbərlər »