Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada kruiz gəmisində koronavirusa yoluxanların sayı 61-ə çatıb

Fevralın 3-dən Yaponiyanın Yokohama limanında karantinə alınan “Diamond Princess” kruiz gəmisində yeni növ koronavirus daha 41 nəfərdə aşkar edilib.

Bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.

Belə olan halda gəmidə bu virusa yoluxanların sayı 61 nəfərə çatıb. Virusun aşkar olunduğu şəxslərin milliyyəti barədə məlumat verilmir. Yaxın vaxtlarda onlar gəmidən təxliyə olunaraq xəstəxanaya yerləşdiriləcək.

Bildirilir ki, gəmi yanvarın 20-də Kaqoşima-Honkonq-Okinava marşrutu üzrə səyahətə çıxıb. Lakin Honkonqda gəmini tərk edən 80 yaşlı Honkonq sakinində koronavirisun yeni tipi aşkar edilib. Bundan sonra sərnişinlərdən bir neçəsində yüksək temperatur və öskürmə qeydə alınıb.

Yaponiya hökumətinin qərarına əsasən, göyərtəsində 3700 nəfərin olduğu layner Yokohama limanında saxlanılıb və ona karantin tətbiq edilib. Koronavirusa yoluxanlar gəmidən çıxarılaraq xəstəxanaya yerləşdirilib. Gəmidə qalan sərnişinlər üçün karantin müddəti davam edir.

Eyni zamanda, koronavirusun aşkar edildiyi Çinin Uxan şəhərindən Yaponiya vətəndaşlarının təxliyəsi davam edir. Həmin sərnişinləri gətirən dördüncü təyyarə yanvarın 7-də Tokionun “Haneda” aeroportuna enib. Təyyarənin göyərtəsində 198 sərnişin olduğu bildirilir. Onlardan 80-ni Yaponiya vətəndaşları ilə ailə qurmuş çinlilərdir.

Qeyd edək ki, ötən həftə həyata keçirilən üç çarter reysi vasitəsilə Uxandan 565 Yaponiya vətəndaşı təxliyə edilib.(apa)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
Son xəbərlər
Bütün xəbərlər »