Sumqayıtda ümumi sahəsi 100 m² olan tikilinin qapı-pəncərəsi, bitişik, ümumi sahəsi 600 m² olan talvarın altına yığılan istifadəyə yararsız avtomobil şinləri və taxta tullantıları 500 m² sahədə yanıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.