Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Boeing” “737 MAX”da yeni qüsur aşkarlandı

“Boeing” şirkətinin mühəndisləri “737 MAX” təyyarələrinin proqram təminatında yeni qüsur aşkarlayıb.

Bu barədə “Bloomberg” agentliyinə Amerika Birləşmiş Ştatlarının Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Stiv Dikson məlumat verib.

Agentliyin məlumatına görə, söhbət sabitləşmə sistemindəki problemlərdən gedir. Qeyd olunub ki, qüsur təyyarə istismara qaytarılmazdan əvvəl həll edilməlidir.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi 2019-cu il martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu.

Bundan başqa 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi. (Report.az)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »