SSRİ-nin dağılmasından 29 ilə qədər zaman ötür. İndi sovet imperiyasının xiffətini çəkən çoxdur. Bəs SSRİ 2020-ci ilə qədər yaşasaydı, nələr olacaqdı?
Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatında bu qəbildən olan yazılar tez-tez peyda olur. Belə yazılardan birində SSRİ-nin 2020-ci ilə necə gəlib çıxacağını proqnozlaşdırmağa çalışıblar.
Yazıda sosial istiqamətdə nikbin heç nə qeyd olunmayıb. Yəni insanların daha yaxşı yaşayacağına inam yoxdur. Onsuz da ötən əsrin 80-ci illərində SSRİ-də iqtisadi, sosial vəziyyət yaxşı deyildi. Qıtlıq vardı, uzun növbələr yaranırdı, bəzi məhsullar talonla satılırdı. Bütün bunları nəzərə alanda sosial müstəvidə nikbin danışmaq çətindir.
SSRİ-nin bir çox layihələri həyata keçirəcəyinə inanmaq olar. Bir sıra kanallar daha geniş ərazini əhatə edəcəkdi. Tikinti-inşaat işləri böyük miqyas alacaqdı.
Böyük ehtimalla kosmik yeniliklər olacaqdı. SSRİ-nin indiyə Ayda tədqiqat bazasını görmək mümkün sayılmalıdır. Bundan başqa, sovet imperiyasında Mars, Venera haqda daha inamlı danışacaqdılar, müəyyən addımlar ya atılacaqdı, ya da planlaşdırılacaqdı.