Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salome Zurabişvili: “Gürcüstanda bütün dinlərin öz yeri var”

“Gürcüstan əhalisinin əksəriyyətini pravoslav xristianlar təşkil etsə də, ölkədə bütün dinlərin öz yeri var”.

Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili 11 müxtəlif dini konfessiyanın nümayəndələri üçün təşkil etdiyi qəbulda deyib.

Prezident sarayında keçirilən tədbirdə çıxış edən dövlət başçısı bildirib ki, Gürcüstanda bütün dinlər üçün tam azad şərait və onlar arasında qarşılıqlı əlaqə mövcuddur: “Bu, Gürcüstanı unikal edir. Gürcüstan əhalisi üçün dözümlülük indentikliyin bir hissəsidir və biz bununla çox fəxr edirik”.

S.Zurabişvili deyib ki, dinlər arasında qarşılıqlı hörmət və dostluq çox əhəmiyyətlidir: “Bu cür münasibətlər ölkəyə və cəmiyyətə sülh gətirir. Bu sülh cəmiyyətdə gərginlik, mübahisələr, qütbləşmə və nifrətin alovlandırılmasının müşahidə edildiyi bir vaxtda olduqca gərəklidir”. (Report.az)

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »