Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Robinzon”un “Cümə”sinin taleyi necə oldu... - Foto

Robinzon Kruzo haqda onlarla film çəkilib. Amma sovet tamaşaçılarının yadında daha çox Serco Korbuççinin çəkdiyi “Sinyor Robinzon” qalmışdı.

Üç il əvvəl həyatla vidalaşan Paolo Villaco rolunun öhdəsindən yaxşı gəlmişdi. Bəs onun “Cümə”sinin taleyi necə oldu? Bizimyol.info aktrisa Zeudi Araya haqqında danışacaq.

Zeudi Araya Zeudi Araya

Bir neçə gün sonra - fevralın 10-da 69 yaşı tamam olacaq Araya Eritreyada doğulub. Amma qəribə tale yaşayıb. Eritreyada doğulsa da, “Miss Efiopiya” seçilməyə imkan tapıb. Karyerasının əvvəllərində erotik filmlərə çəkilib. Onu ən çox “Sinyor Robinzon” məşhurlaşdırıb. Ümumilikdə 10 bədii filmdə yer alıb.

“Sinyor Robinzon” filmindən kadr “Sinyor Robinzon” filmindən kadr

Zeudi siyasətçi ailəsində dünyaya göz açmışdı. Adının mənası amxar dilində “çar tacı” deməkdir. Gözəllik müsabiqələrində lap erkən yaşlarından iştirak etməyə başlayıb. 1970-ci ildə İtaliyaya köçəndən sonra aktrisa karyerasına başlayıb. İlk çəkiliş təcrübəsi kofe reklamına təsadüf edib. Erotik filmlərdə rol alanda atası qəzəbdən özünə yer tapmırmış.

Zeudi Araya Zeudi Araya

Arayanı SSRİ-də tanımayan yox idi. Zarafat deyil, sovet imperiyasında “Sinyor Robinzon”a 52 milyon insan baxmışdı. Əslində, film Daniel Defonun kitabında yazılanlardan kəskin fərqlənirdi.

Zeudi iki dəfə ərdə olub. Hər dəfə kinorejissorla ailə həyatı qurub. Yeganə oğluna Mikelancelo adı qoyub. Axırıncı dəfə filmlərdə 1986-cı ildə görünüb. İndi daha çox prodüserlik edir.

Son xəbərlər
Bütün xəbərlər »