Dünyanın, demək olar, hər yerində kişilər evlənərkən xərcə düşür. Amma onların konkret pulla özünə arvad ala biləcəyi 5 ölkə var. Bizimyol.info-nin təqdim etdiyi sıralamada sizi təəccübləndirəcək ad da ola bilər.
Vyetnam – Bu işin bünövrəsi ABŞ-la müharibə vaxtı qoyulub. Amerikalı əsgərlər vyetnamlı qızları güclə aparırmış. Amma bu ölkə adamlarının canında da az yoxdur. Qızı ərə verməklə pul qazanmaq həm də mental akta çevrilib. Qızın fikrini heç soruşan da olmur. Pulu çox olana ərə verirlər.
Çad – Afrikanın ən kasıb ölkələrindən birində belə sövdələşməyə həmişə normal yanaşıblar. Qızın atası əməlli-başlı bazar açır. Qadınların böyük əksəri savadsız və hüquqsuzdur. Kimə deyirlərsə, o adama da ərə gedirlər.
Əfqanıstan – Xalid Hüseynini əsərləri bu ölkə haqda yetərincə danışır. Biz deməsək də, Əfqanıstanda qadınların pulla alınmasının mümkün olduğunu bilirsiniz.
Sudan – Qızlar 14-16 yaşlarında ərə verilir. Qızları, demək olar, həmişə satırlar. Alanın pulu yoxdursa, əvəzində heyvanda vermək olar.

Bolqarıstan – Avropa ölkəsi ağlınıza da gəlməzdi. Amma söhbət qaraçılardan gedir. Kalayci icması ildə 4 dəfə bu işin yarmarkasını da təşkil edir. Qızları yarmarkaya satmaq ümidi ilə gətirirlər. Satılmayan qız həmişə özünü rüsvay olmuş sayır.