Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev övladlığagötürmə ilə bağlı alt sistemin işə düşməsinin gecikməsinə aydınlıq gətirib.
Nazir hazırda sistemin aidiyyəti dövlət qurumlarına inteqrasiyasının aparıldığını deyib. Onun sözlərinə görə, sistemin test rejimində istifadəsinin yoxlanılması prosesi yekunlaşıb: “Bir neçə qanunvericilik aktı var ki, onların təsdiqi gözlənilir. Hazırda DOST mərkəzləri tərəfindən təcili müraciətlərin kağız üzərində qəbulu aparılır. Yaxın günlərdə gözləntimiz odur ki, normativ hüquqi aktlar yekun şəkildə qəbul edildikdən sonra övladlığagötürmə alt sistemində müraciət bölməsi hazır olacaq. Bunun da müxtəlif orqanların bazasına inteqrasiyası davam edəcək. Mərhələlərlə elektron altsistem ilin sonuna qədər tam şəkildə istifadəyə veriləcək”. (Apa.az)