Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin şirkəti virusdan ölənlərin sayının dəfələrlə çox olduğunu bildirir - Foto

Çinin Hubey vilayətindən, konkret Vuhan şəhərindən hər gün ölüm xəbərləri gəlir.

Rəsmi açıqlamaya görə, indiyə qədər koronavirusdan 564 nəfər vəfat edib.

Bizimyol.info xəbər verir ki, Çinin ikinci böyük şirkəti sayılan “Tencent” virusdan ölənlərin sayının dəfələrlə çox olduğunu açıqlayıb. Paylaşım bir müddət sonra yığışdırılıb. Böyük ehtimalla, Çin hökumətinin təzyiqi öz işini görüb.

“Tencent”in iddiasına görə, indiyə qədər koronavirusdan 24 min 589 nəfər həyatla vidalaşıb. İnvestisiya holdinqinin rəsmi saytındakı məlumatda virusa yoluxanların sayı 154 min göstərilmişdi. Sonradan “Taiwan News” da bu rəqəmləri yayıb. Media orqanı virusa tutulanların sayının 80 minə yaxınlaşdığını bildirib.

Çin şirkəti virusdan ölənlərin sayının dəfələrlə çox olduğunu bildirir

Çində yaradılan xüsusi komissiya hər gün təxminən 60-70 nəfərin öldüyü açıqlayır. Bu quruma inansaq, 633 nəfərin sağaldığını yazmalıyıq. “Tencent” isə cəmi 269 nəfərin xəstəlikdən yaxa qurtardığını açıqlamışdı.

Çində həqiqətləri deyənləri açıq-aşkar təqib edirlər. Bir həkim belə tale yaşamışdı. Onu polis bölməsində üç gün saxlayaraq, virusa yoluxanların sayının çoxluğuyla bağlı dediklərini təkzib etdirmişdilər.

Son xəbərlər
Bütün xəbərlər »