Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Azərbaycanın NATO ilə əməkdaşlığından danışdı

"İkitərəfli əlaqələrimizə gəldikdə, demək istərdim ki, biz əməkdaşlığın səviyyəsindən çox məmnunuq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

"Mən dəfələrlə NATO-nun qərargahında olmuşam, müxtəlif baş katiblərlə görüşmüşəm. Mənim baş katib Stoltenberqlə sonuncu görüşüm çox səmərəli, uğurlu oldu. Mənim, həmçinin Şimali Atlantika Şurasında çıxış etmək imkanım oldu. Sonra söz verilən səfirlərin, çıxış edənlərin hamısı Azərbaycan haqqında, siyasətimiz, müstəqil siyasətimiz, həyata keçirdiyimiz islahatlar və tərəfdaşlığımız haqqında çox müsbət danışdılar. Çünki bildiyiniz kimi, Azərbaycan əvvəldən Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edib. Artıq demək olar ki, 20 ildir bizim orada hərbçilərimiz var və biz hərbçilərin sayını artırmışıq. Biz çox mühüm nəqliyyat və logistika dəstəyi, hava məkanımızdan uçuş imkanını, həmçinin nəqliyyat şəbəkəmizdən, xüsusilə yaxın zamanlarda açılmış və yüklərin daşınması üçün mühüm vasitə olan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə imkanını təmin edirik.

Biz mülki dəstəyimizi, NATO ilə tərəfdaşlığımızı davam etdirəcəyik. Mənim köməkçim Hikmət bu yaxınlarda NATO-nun qərargahında olub. O, mənə məlumat verdi ki, səfər çox uğurlu keçib. Onun görüşdüyü səfirlərin hamısı ölkəmiz barəsində çox xoş sözlər deyiblər və Azərbaycanı etibarlı tərəfdaş hesab edirlər, həmçinin bizim Əfqanıstandakı sülhyaratma əməliyyatlarına töhfəmiz və gələcək tərəfdaşlıq barəsində danışıblar.

Beləliklə, sizi bu barədə məlumatlandırmaq və bir daha “Xoş gəlmisiniz!” demək istərdim. Bugünkü görüşünüzün uğurlu keçməsini arzu edirəm".

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »