Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
LOR Hospital Baku tanınmış aktyoru aldadıb - Fotolar

Tanınmış aktyor, bir çox markaların reklam üzü kimi tanınan vayner Taleh Yüzbəyov Bakıda fəaliyyət göstərən özəl xəstəxanalardan biri tərəfindən dələduzluğa uğrayıb. Belə ki , xəstəxana aktyoru özü də bilmədən reklama çəkib və pulunu verməyib.Bu barədə aktyor özü sosial şəbəkədə məlumat verib. Bizimyol.info həmin xəstəxananın LOR Hospital Baku olduğunu və hadisənin 2018-ci ildə baş verdiyini aydınlaşdırıb.

“Müraciət elədilər ki, reklam istəyirik, dedik yaxşı, sonra zəng elədilər ki, qardaş biz tələsirik, bir az tez olar? Biz də ideyalarımızı götürüb, getdik. Reception-dan axırıncı mərtəbəyə kimi hamı salamlaşır, hörmətlə qarşılayır, mən də fikirləşdim ki, bunlar deyəsən hər gün qrup şəklində mənim videolarıma baxırlar. İdeyaları dedik, birini bəyəndilər, qiyməti dedik, dedilər problem deyil, axırda bir xatirə şəkli də çəkdirdi, sabahısı gün instagramda paylaşıb altında da yazdılar ki: "Taleh Yüzbəyov da bizi seçir!" və o, bu bir daha zənglərimizə cavab vermədilər.

Özümü aldanmış kəvakib kimi hiss eləyirəm”.

Bizimyol.info Taleh Yüzbəyovun paylaşımını və paylaşımda qeyd olunan xəstəxananın reklamını təqdim edir:

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »