Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert aqrar sahədə hədəfləri açıqladı

“Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir. Eyni zamanda, Aqrar sığorta mexanizminin işlənməsinə start verilmişdir. Əminəm ki, bu il bu məsələ də öz həllini tapacaq.

Kənd təsərrüfatında artımla bağlı bəzi rəqəmləri də səsləndirmək istərdim. Beləliklə, barama istehsalı 25, pambıq 26, yumurta 9, günəbaxan 43, kartof 12, tərəvəz 12, bostan məhsulları 11, meyvə və giləmeyvə 9, yaşıl çay yarpağı 7, üzüm 20 faiz artmışdır. İxrac da əhəmiyyətli dərəcədə artıb”.

Bu sözləri fevralın 3-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bildirib.

Bizimyol.info-nun əməkdaşı Prezidentin qarşıya qoyduğu vəzifələrin icrasının aqrar sahədə aparılan islahatların nəticələri ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlidən müsahibə alıb. Müsahibəni təqdim edirik:

Nicat Nəsirli KT eksperti

-Nicat müəllim, “Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev fermerlərə verilən subsidiyalardan danışdı. Subsidiyalar aqrar sahənin inkişafına nə kimi təsir göstərəcək?

-Dövlət başçısının tapşırığı əsasında 2007-ci ildən subsidiyalaşma proqramı elan olunub. Əvvəllər subsidiya təxminən 10 bitkiyə şamil olunurdu. Ölkənin ərzaq təhlükəsizliyi strateji hədəfdir. Ona görə də, sonrakı dövrlərdə zərurət yarandıqca bu bitkilərin sayı artırılıb. Ölkədə kənd təsərrüfatı sahəsində məşğulluq səviyyəsi yüksəldiyinə görə, verilən subsidiyalar məbləği üzrə artım müşahidə edirik. Təkcə 2019-cu ildə fermerlərə 380 milyon manat subsidiya verilib. Düzdür, dövrünə görə subsidiya kənd təsərrüfatını stimullaşdıran əsas alətlərdən biri idi. Subsidiya 2007-2019-cu illər ərzində kənd təsərrüfatında məşğulun artırılmasında, əkin strukturunun zənginləşməsində, ümümdaxili məhsulda kənd təsərrüfatının payının artmasında böyük rol oynadı.

Hər dövrün öz çağırışı olduğuna görə, bundan sonra subsidiya ənənəvi qaydada davam edə bilməzdi. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin olması qaçılmaz idi. Burada ilk növbədə subsidiya alan fermerləin şəffaf uçotunun yaradılması, subsidiyaların məbləğlərinin təyinatı üzrə yönləndirilməsi vacib məsələ idi. Etiraf etməliyik ki ənənəvi qaydada subsidiya bəzi hallarda ünvanlı olmurdu. Burada bürokratik aparat formalaşmışdı. Yəni rayonlarda, kəndlərdə üç mərhələdən ibarət komissiya vardır ki, bu da subyektiv münasibətlərə, yayınmalara səbəb olurdu. Bu halları aradan qaldırmaq üçün elektron sistem qurulmalı idi. “Elektron kənd təsərrüfatı” informasiya sistemi bu ilin yanvarın 1-dən fəaliyyətə başlayıb. İlkin müsbət təsiri nədir? Biz artıq bilirik ki ölkədə neçə fermer subsidiya alır. Son məlumata görə, subsidiyalaşmaya cəlb olunan fermerlərin sayı 455 min civarındadır. Əvvəllər, kağız-kuğuz sistemində bu rəqəmləri dəqiq görmək çətin idi.

-Subsidiyaların yeni mexanizmi başqa hansı imkanlar yaradacaq?

-Yeni sistem imkan verəcək ki, biz hər il kənd təsərrüfatı sahəsində əziyyət çəkdiyimiz bir sıra problemlər vardır. Məsələn, istehsalatın planlaşdırılması. Bu nə deməkdir? Hamı hər il eyni əkini əkirdi ki, nəticədə konkret məhsullar üzrə ölkədə bolluq yaranırdı. Indi bunu tənzimləmək mümkün olacaq. Subsidiya proqramı imkan verəcək ki sistemdə olan informasiyalarda neçə fermerin hansı bitkini əkdiyi görünsün və ona qarşı müvafiq addım atılsın. Məsələn, hamı taxıl əkir, amma biz 11 bitkinin məhsulunu xaricdən alırıq. Bax, bizdə həmin bitkilərin əkilməsi lazımdır. 2020-ci ildən başlayaraq, həmin bitkilərə və yaxud ölkənin inkişafı ilə bağlı strateji əhəmiyyət daşıyan bitkilərə subsidiya əmsalını qaldırmaqla bizim fermerləri o istiqamətə yönləndiriləcək. Bundan sonra istehsalatı planlaşdırmaq mümkün olacaq. Həm daxili bazarın tələbatını, həm xarici bazarda gedən trendlərini hesablayaraq biz artıq bazarın tələbinə uyğun məhsulun miqdarını müəyyənləşdirə biləcəyik. Bu məsələdə dövlət vəsaitlərinin təyinatı üzrə istifadə olunması, şəffaflığın təmin olunması həyata keçirləcək.

Subsidiya mexanizmi mahiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu mexanizmi kənd təsərrüfatını sitimullaşdıran ən mühüm dövlət alətlərindən biridir. Nəzər alsaq ki bu il aqrar sığorta mexanizmi də fəaliyyətə başlayıb. Bu da indiyə qədər çox mühüm çatışmazlıqlardan biri idi. Fermerlər əkirdi, müəyyən təbii fəlakətlər baş verirdi və fermerlər ciddi ziyana düşürdülər. Aqrar sığorta fermerlərə dəyən ziyanı qarşılasa, əkinlərə dövlət təminatı olsa, bu da heç şübhəsiz ki dövlətin fermerə psixoloji və maddi dəstəyi olacaq. Bu da subsidiyaların yeni mexanizmini dəstəkləyən ikinci bir alət kimi bu il fəaliyyətə başlayır.

Biz hazırda deyə bilmirik ki subsidiya ölkəni tam hədəfə çatdırıb. Çünki bizim bir sıra məhsullarla bağlı xaricdən asılılığımız var. Eləcə də, torpaq və iqlim resurslarından səmərəli istifadə etməklə ölkənin ərzaq təhlükəsizliyi sahəsində hədəflərə çatmaq üçün subsidiya mexanizmi hələ biz çox hədəflərə götürməlidir.

Qrafik EKTİS

-Subsidiyaların “Elektron Kənd Təsərrüfatı” informasiya sistemi vasitəsilə verilməsində hər hansı problemlər olubmu?

-“Elektron kənd təsərrüfatı” informasiya sistemində bir aydır kimi subsidiyaların uçota aparılır. Əvvəllər bilinmirdi ki fermer harda əkir? Kağız-kuğuz sistemində hamı qeyd edirdi ki əkilib, amma harda və nə əkib bilinmirdi. Yeni subsidiya mexanizmində peyka vasitəsilə əkin sahələrinin orta xərtələrinin çəkilməsi, yəni dəqiqləşdirilmənin aparılması mümkün olacaq. Bu sahədə təkmilləşdirilmə olacaq.

Biz ölkənin əkin strukturunu zənginləşdirə bilərik. Hamı arpa-buğda əkməsin, çox qüvvəli yem bitkilərinə ölkənin çox ciddi tələbatı var. Eyni zamanda, tərəvəzçilik və digər istiqamətlərdə əkinçilik zənginləşməlidir.

-2019-cu ildə kənd təsərrüfatı məhsullarının ixracı necə olub?

-Biz hələ də məhsullarımızın ixrac coğrafiyasını genişləndirə bilməmişik. Ənənəvi bazarımız keçmiş sovet ölkələri və bəzi Avropa ölkələridir. Bizim ekoloji təmiz məhsullarımız var ki, bu dünya bazarına çıxa bilər. Hələ ki biz buna nail ola bilməmişik. İxrac olunan kənd təsərrüfatı məhsulları arasında liderlik edən hələ ki pomidordur. Bu məhsuldan illik gəlir təxminən 150 milyon dollar civarındadır. İkinci, fındıqdır. Fındıq getdikcə dünyada sənaye əhəmiyyətli məhsul kimi qiymətləndirilir, tələbat artır. Sonrakı yerləri xurma və digər məhsullarımız tutur.

Bu gün kənd təsərrüfatının digər seqmentləri var ki... Şərabçılıq məhsullarımız dünya bazarına çıxmalıdır, mövqelərini bərkitməlidir. Son illər Azərbaycanda pambıq istehsalında çox ciddi nəticələr əldə olunub.Biz hələ ki xaricə pambığı xam şəkildə satırıq. Biz pambığın ilkin və dərin emalını qurmaqla pambıqdan digər məhsullar əldə edib, yarımfabrikat şəkildə satsaq çox gəlir əldə edərik. Bu istiqamətdə də çox işlər görülməlidir ki pambıq və pambıq məhsulları xarici ölkə bazarlarına getsin.

Eyni zamanda ixtisaslaşma olmalıdır. Çünki xarici bazarlarda struktur, kondiktura dəyişmələri gedir. Bir sıra məhsullar var ki, xarici bazarlarda öz mövqelərini itirir. Biz həmin məhsulları xarici bazarlara göndərə bilmirik.

Ən vacib çatışmazlıqlarımızdan biri qablaşdırmanın və markalanmanın aparılmamasıdır, standartların müəyyən olunmamasıdır. Bu məsələlər fermerlərimiz ciddi əngəl yaradır. Bu səbəblərdən biz məhsullarımızı xaricə çıxar bilmirik. İxtisaslaşmış qablaşdırma şirkətimiz olmalıdır. Orta və kiçik fermerlərimiz əlinə hansı məhsul keçsə onu qablaşdırırlar. Standartlara uyğun olmayan qablaşdırma bazarda qəbul olunmur.

Ərəb ölkələrinin bazarı bizim üçün çox önəmlidir. Ərəb ölkələrində hardasa 60 milyon istehlakçı var. Biz o bazara niyə çıxmayaq? Ərəblərin də qida məhsullarına qarşı çox ciddi tələbləri var. O tələblər standrtlaşdırma, sertifkasiya və qablaşdırmadır. Bunlar çox vacib məsələdir. Biz ona görə ümid edirik ki, 2020-ci il kənd təsərrüfatında yeni bir mərhələdə olacaq, yeni yanaşmalar ortaya çıxacaq və ixrac strukturu zənginləşəcək.

-Nicat müəllim, artıq aqrar sığorta mexanizminin işlənməsinə başlandığı da deyildi. Bu sistem gözlənilən nəticəni verəcəkmi?

-Aqrar sığorta ilə bağlı qanun və qaydalar qəbul olunub. O qaydalar Türkiyə təcrübəsi əsasında hazırlanıb və yəqin ki reallıqları əhadə edir. Həmin qaydalara görə fermerə dəyimiş zərərin 50 faizi dövlət tərəfindən təmin olunacaq. Bu kifayət qədər normal bir əmsaldır. Aqrar sığorta kiçik və orta təsərrüfatların dövriyyə vəsaitinin yaranmasına, təkrar əkinlərin olmasına səbəb olacaq. Bu qayda fermerin gəliri ilə yanaşı ölkənin kənd təsərrüfatı məhsullarının dövriyyəsində çox ciddi nəticələrə səbəb olacaq. Biz həmişə şikayət edirik ki əkin sahələrinin çoxu boşdur, əkin aparılmır. Bəli, bu boş sahələr yenidən əkinə cəlb oluna bilər. Əlbəttə nə qədər çox məhsul istehsal olunsa, bu qiymətlərin də aşağı düşməsinə təsir göstərəcək. Yəni məhsulların maya dəyərinin azalmasına biz nail ola biləcəyik.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »