Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
2019-cu ilin yekunlarına görə bank VTB (Azərbaycan)-ın mənfəəti 4,7 mln manat təşkil edib
VTB Azərbaycan
2019-cu ilin yekunlarına görə bank VTB (Azərbaycan)-ın xalis mənfəəti 4,7 mln manat təşkil edib. Ötən il ilə müqayisədə faiz gəlirləri 39% artaraq 8,2 mln manat olub. Xalis faiz mənfəəti 3,8 mln manat təşkil edib. 2019-cu ilin nəticələrinə görə bankın qeyri-faiz gəlirləri 4,87 mln manat olub.

Bankın məcmu kapitalı 2018-ci il ilə müqayisədə 9% artaraq 58 mln manata çatıb. Məcmu kapitalın və 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı müvafiq olaraq 58,4% və 52,4% təşkil edib.

İl ərzində həm korporativ, həm pərakəndə biznesin göstəricilərində müsbət trend müşahidə olunub. Bazarın tələblərinə uyğun olaraq bank iqtisadiyyatın real sektorunu dəstəkləyərək ötən illə müqayisədə biznes kreditləşməsini artırıb. Belə ki, orta biznesin kredit portfelində artım 8% təşkil edib. Bankın sənədli əməliyyatlarının həcmi 4 dəfə artıb.

Fiziki şəxslərin kredit portfeli 1,7 dəfə artıb. Bu artıma ipoteka və nağd kredit, eləcə də kredit kartlarının verilməsi hesabına nail olunub.

Bankın depozit portfeli 58,9 mln manat təşkil edib. Portfelin 35 mln manatı fiziki şəxslərin,

23,9 mln manatı isə hüquqi şəxslərin vəsaitidir.

Hesabat dövrü ərzində VTB (Azərbaycan) bank prosseslərinin rəqəmsallaşdırılması üzrə işləri davam etdirib. Belə ki, bank Facebook sosial şəbəkəsinin mesenceri əsasında çat Direct rəqəmsal bankını işə salıb. Bu da müştərilərə banka gəlmədən maliyyə əməliyyatlarını asanlıqla həyata keçirməyə imkan verəcək.

“İl ərzində bank əsas göstəricilər üzrə müsbət dinamika nümayiş etdirib .Biz həm fiziki şəxslərlə, həm hüquqi şəxslərlə əməkdaşlıqda sabit artıma nail olmuşuq. Hazırda bankda 2020-2022-ci illəri əhatə edən yeni strategiya reallaşdırılır və onun əsas istiqamətlərindən biri bank xidmətlərinin rəqəmsallaşdırılmasıdır. Zamanla ayaqlaşaraq biz müştərilərimiz üçün bank məhsullarını məsafəli kanallarda maksimal şəkildə əlçatan etmək və bununla da bank xidmətləri bazarında rəqəmsal bank kimi mövqeyimizi möhkəmləndirmək niyyətindəyik. Həmçinin real sektora dəstək bizim üçün prioritet istiqamətlərdən biridir. Bank dövlət subsidiyaları vasitəsilə sahibkarlara sərfəli şərtlərlə kredit təklif etmək, bununla da ölkədə kiçik və orta biznesin inkişafına təkan vermək niyyətindədir” – deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.

Paylaş »
››› Azərbaycanda koronavirus həyacanı: “Səhiyyə bərbad gündədir, virus çox can ala bilər”
››› Azərbaycanlılar İrəvanda erməni kəşfiyyatını ələ saldılar: "Çox pis işləyirsiniz" - Video
››› Bloqçu Xocalı soyqırımı günündə gecə klubunda reyd keçirdi, qalmaqal yaşandı - Foto
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Cənubi Azərbaycanda tibb bacısı işdə koronavirusdan həyatını itirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »