Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert rəyi - Türkiyə və Rusiya yenidən bir-birinə qol gücü göstərir

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Liderlər İdlibdəki son prosesləri müzakirə ediblər.

Ərdoğan telefon söhbəti zamanı İdlibdə münaqişənin qarşısının alınması məqsədilə bölgəyə göndərilən Türkiyə əsgərlərinə Əsəd rejimi tərəfindən hücum təşkil edilməsinin sülh səylərinə zərbə vurduğunu qarşı tərəfə çatdırıb.Türk lider ölkəsinin bu hücumlara qarşı suveren müdafiə haqqından ən sərt şəkildə istifadə edəcəyini bildirib. Bu gün Türkiyənin müxtəlif ərazilərindəki hərbi birləşmələrdən sərhədə göndərilən tankları daşıyan TIR-lar Qaziantep şəhərinin Nurdağı rayonuna çatıb.Fevralın 4-də İdlibdə yeddi türk əsgəri əsgəri və bir mülki şəxs şəhid oldu. Bu,Ərdoğan tərəfindən İdlib razılaşmasının açıq şəkildə pozulması kimi qiymətləndirildi.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Rejim üçün bunun, əlbəttə ki, nəticələri olacaq. Dünən dərhal qarşılıq verdik və “bundan sonra nə lazımdırsa ediləcək” deyib. Görünən odur ki, türkiyə ilə Rusiya yenidən bir birinə güc göstərişinə çıxıblar. Bəzən kənardan dost , bəzən rəqib kimi görünən bu iki dövlətin münasibətləri hansı yöndə inkişaf edəcək, bəlkə yaxın Şərqdə ən güclü mənəm savaşı gedir? Bizimyol.info-ya Türkiyə- Rusiya münasibətləri barədə açıqlama verən keçmiş hərbçi, ekspert Tərlan Eyvazovun fikrinə görə Türkiyə və Rusiya əslində mehriban düşmənlərdir.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Türkiyə, Rusiya və İran münasibətlərini zorən yaxınlaşma kimi dəyərləndirmək olar. Çünki, hamısının öz hədəfləri, öz müttəfiqləri , hər birinin özünün oturuşmuş siyasəti var. Suriya məsələsində hər iki ölkənin liderləri sayəsində müəyyən yaxınlaşma oldu. Mən deyərdim, onların hər ikisi avantürist liderlərdir.

Bu dostluğun nə dərəcədə möhkəm olmasını Rusiya hərbi təyyarəsinin vurulması zamanı gördük , Rusiyanın Türkiyəyə embarqolar qoymasında müşahidə etdik. Suriya məsələsində bir-birlərindən işi keçdiklərinə görə Rusiya, Türkiyə, İran üçlüyü yarandı.Müəyyən razılaşmalar əldə olundu və bu müvəqqətidir. Hesab edirəm ki, bu yaxınlaşmanın perspektivi yoxdur.

Yəqin ki, Türkiyənin son illərdə apardığı “Qalxan”, “Zeytun budağı”, “Sülh çeşməsi” əməliyyatları müttəfiqlərini də narahat etməyə bilməzdi. Bu əməliyyatlar uğurla başa çatsa da, son əməliyyatda Avropa, ərəb ölkələri, ABŞ Türkiyəyə qarşı çıxdılar, ona görə Rusya işə qarışdı.Rusiya Bəşər Əsdlə vasitəçilik missiyasını üzərinə götürdü.Son hadisələr onu göstərdi ki, nə Rusya, nə İran bu razlaşmalarda öz öhdəliklərini yerinə yetirmədi və Rusiya Türkiyə ordusunu bombalamağa cəhd etdi. İndi deyərdim ki, vəziyyət olduqca gərgindir.Hətta gərginlik o həddə çatıb ki, S 400 raket komplekslərinin alqı-satqısına dair saziş və digər iqtisadi anlaşmalar şübhə altına alınıb. Bu da Rusiyanın siyasətindəki oyunbazlıq, aldatmaq cəhdi kimi qiymətləndirilə bilər. Çıxış yolu olaraq Türkiyə öz müttəfiqlərinə üz tutmalıdır. Çinlə yaxınlaşma yolu tutmalıdır. Qərb hərbi bloku ilə müttəfiqlik Türkiyənin müdafiəsi deməkdir.Son hərbi əməliyyatın və İdlibin Türkiyə nəzarətində qalması sual altındadır. Türkiyənin bu vaxta qədər etdikləri artıq böyük uğurdur və bundan sonrakı uğurlarını rəhnini Türkiyə diplomatiyası qoyacaq, qoymalıdır. Əks halda milyonlarla qaçqının Türkiyə ərazisinə sığınması baş verəcək.Bu da ölkəni gücdən sala bilər. Türkiyə 4 milyon qaçqına ev sahibliyi edir bu da öz növbəsində sadə türk vətəndaşlarını, vergi ödəyicilərini narazı salır.Bu bir ölkə üçün böyük yükdür. Azad edilmiş ərazilərə, sülh zonalarına qaçqınların yerləşdirilməsi planları təhlükə altına düşə bilər.Türkiyə Bəşər hakimiyyəti ilə müəyyən danışıqlara getməlidir. Bu günkü gərginlik artan xətlə davam edərsə Türkiyə əldə etmiş olduğu uğurları itirə bilər”,- deyə ekspert bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
Son xəbərlər
Bütün xəbərlər »