Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalisti qarət edən "doqquz barmaq Adil" tutulub

Bakı şəhər Baş Poli İdarəsinin Cinayət-axtarış İdarəsi əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də, saat 18:45 radələrində, Nəsimi rayonu, "Bülbül" prospekti 18 ünvanında yerləşən "Bravo" marketində Bakı şəhər sakini T.Rüstəmova məxsus içərisində 3 ədəd mobil telefon və bank kartları olan əl çantasını oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü, Bərdə rayon sakini Adil Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, şübhəli şəxsdən gizli yolla taladığı mobil telefonlar maddi sübut kimi aşkar olunuraq götürülüb, zərərçəkmişə qaytarılması təmin olunacaq.

Onun digər oğurluq əməllərində iştirakı istisna olunmur: "Doqquz barmaq Adil" kimi tanınan şəxsin əməllərindən başqa zərərçəkmiş varsa, bizi məlumatlandırmağı tövsiyə edirik".

Faktla araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oğurluq əməlinə məruz qalan tanınmış jurnalist, "Xalq qəzeti"nin əməkdaşı Tahir Aydınoğludur.(apa)

Paylaş »
››› Rusiya Qarabağda 120 ton qızılı necə əldən verdi... - Rusiya mətbuatı
››› Azərbaycanın almaq istədiyi Çin peyvəndi özünü doğrultmur
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Azərbaycanda vulkan püskürüb
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
Son xəbərlər
Bütün xəbərlər »