Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahəddin Həziyev: "İclaslarda açıq danışdığıma görə, "Bizim Yol"a ayrılan maliyyə kəsildi"

Bizimyol.info saytının baş redaktoru Bahədiin Həziyev İTV-nin layihəsi olan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olub. Bahədiin Həziyev Dadaşlinskinin suallarını cavablandırıb.

Söhbət “Bizim Yol” qəzetinə ayrılan maliyyənin kəsilməsindən başlayıb və Bahəddin Həziyev bu məsələdə şəxsi münasibətlərin rol oynadığını da istisna etməyib.

“Media sahəsinə o zaman rəhbərlik edən insanların və baş redaktorların da iştirak etdiyi iclasda fikirlərimi açıq bəyan etdiyim üçün qəzetimizə ayrılan maliyyə kəsildi”.

Dadaşlinskinin bu sözə cavab olaraq “Yəni pul verib azadlığınızı əlinizdən almaq istəyirdilər?” sualına isə baş redaktor “Bəzən pul vermədiklərinin də azadlığını almaq istəyirlər - bu, insandan insana görə dəyişir. Bu, insanın daxili qanunlarından aslıdır” cavabını verib.

“KİVDF-nin yeni qaydaları heç kimi qane etmir. Qəzetlərin kateqoriyaya bölünməsi qənaətbəxş deyil və bu kateqoriya nəyə əsasən müəyyən edilir, onu da bölənlərdən başqa kimsə bilmir”.

Kateqoriyaya bölünən qəzetlərdən danışarkən Dadaşlinki ilk olaraq “Mövqe” qəzetinin adını çəkib. Qeyd edək ki, qəzet Vüqar Səfərlinin oğlunun rəhbərliyi ilə işıq üzü görür və birinci kateqoriyalı qəzet statusu alıb. Hərçənd oxucusu olmasa da...

Bahəddin Həziyev qeyd edib ki, qəzetlərə inzibati yolla abunə yazılması yolverilməzdir. "Bu bir sistemdir. Kataloq deyilən anlayışlar var, bu siyahı büdcə təşkilatlarına göndərilir və məhz siyahıdakı qəzetlərə abunəçilər yazılır. Məsələn, DSX bir qəzetə 6600 nüsxə abunə yazılır. Amma bu vəsaitləri alıb razı qalanların içində narazı qalanlar da var. Bu vəsaitin doğru qəzetə ayrılıb-ayrılmaması isə başqa məsələdir.

Bahəddin Həziyev jurnalistlərə mənzillərin havayı verilməsinin mənzil ala bilməyənlərdə narazılıq yaratmasından da danışaraq maraqlı təklif irəli sürüb. O gələcəkdə jurnalistlərə sosial mənzillər şəklində dəstək göstərilməsini təklif edib.

Bundan əlavə söhbət zamanı saytlara dövlətdən maliyyə ayrılmaması məsələsi də gündəmə gətirilib. “Media sahəsi həm yaradıcılıq, həm istehsalat, həm də kommersiya üzərində qurulub. KİVDF-nin ayırdığı pul vətəndaşların vergisindən ayrılmış puldur və bu, oxunmayan qəzetə ayrılırsa, havaya atılmış pul sayılır. Gündəlik izlənməsi 100 000 olan sayta KİV deyilmir, dövlət dəstəyi ayrılmır, amma 5 min oxucusu olan qəzetə KİV deyilərək dövlət dəstəyi verilir. Məncə, ictimai fikrə daha çox təsir edən media orqanları dövlət dəstəyi almalıdır” deyən əməkdar jurnalist "Bu gün Azərbaycanda bizim xəyal etdiyimiz qəzet modeli yoxdur” şəklində fikrini tamamlayıb.

“Əgər sizdən KİVDF-ni tərifləməyinizi xahiş etsəm, nə deyərdiniz?” sualına da baş redaktor maraqlı cavab verib: “Əslində mən pozitiv bir məqam tapmışam. Ən azından onların maliyyələşdirdiyi qəzetlərdə jurnalistlər maaş alırlar və onların təşkil etdiyi müsabiqələrdən jurnaistlərə müəyyən dəstək gəlir. Jurnalistlər tərəfindən baxanda müsbət məqam tapmaq olar. Amma müsabiqələrin qiymətləndirilməsində də xətalı məqamlar var”.

Son olaraq Dadaş Dadaşlinski qeyd edib ki, Vüqar Səfərlini dəfələrlə verilişinə dəvət etsə də, ondan cavab gəlməyib və əgər onu verilişinə gətirə bilən adam olsa, ona öz maaşından mükafat verəcək.

İlhamə Rəsulova

Paylaş »
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »