Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Jirinovski: “Rusiyadan yalnız Azərbaycan üz döndərməyəcək”

Postsovet məkanında olan bütün Avropa ölkələrindən yalnız Azərbaycan Rusiyadan Qərbə üz çevirməyəcək.

Vestikavkaza.ru-nn xəbərinə görə, bu barədə Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski jurnalistlərə açıqlama verib.

O, Belarus və ABŞ arasındakı cari danışıqları şərh edərkən postsovet ölkələrinin məkanlarının taleyi barədə danışıb:

“Gördüyünüz kimi, tədricən (Lukaşenko Qərbə doğru) yönələcək. Qoy bu Ukraynanın deyil, Baltikyanı ölkələrin üsulu olsun”.

Onun sözlərinə görə, bu hal Rusiyanın digər qərb qonşuları ilə də baş verəcək.

“Bütün qərb ərazisi - üç Baltikyanı dövlət, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan tədricən Qərbə doğru yönələcək və antirus plasdarmına çevriləcəklər”, - deyə V.Jirinovski əminliklə bildirib.

İstisna hal yalnız rəhbərliyinə görə, Azərbaycanda olacaq.

“Azərbaycan qarşı çıxa bilər. Onun ölkə başçısı digər keçmiş sovet ölkələrinin başçılarından daha müdrikdir”, - deyə siyasətçi vurğulayıb.(oxu.az)

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
Son xəbərlər
Bütün xəbərlər »