Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa qarşı yeni dərman sınaqdan keçirilir

2019-nCoV koronavirusun ilk dəfə müşahidə olunduğu Çinin Vuhan şəhərində ABŞ-ın “Gilead Sciences” şirkəti tərəfindən təqdim edilən remdesivir adlı yeni dərmanın sınaqları ötən gün başlayıb.

“Geneng” xəbər verir ki, Çin Milli Tibbi Məhsullar Administrasiyası Çin – Yaponiya Dostluğu Hospitalı və Çin Tibbi Elmlər Akademiyası tərəfindən əlaqələndiriləcək sınaqların keçirilməsini təsdiqləyib.

Dərmanın “in vitro”, yəni bədəndən kənar tədqiqatları zamanı yeni koronavirusun inkişafını əngəlləyən səmərəli vasitə olduğunun üzə çıxdığı bildirilir.

“Xinhua” xəbər verir ki, Dostluq Hospitalı dərmanla bağlı araşdırmaların 3-cü mərhələsi çərçivəsində Vuhanın Jinyintan hospitalında 761 xəstə üzərində sınaq aparmağı nəzərdə tutur. Bunlardan 308 nəfər xəstəliyə zəif və orta səviyyədə, 453 nəfər isə ağır səviyyədə yoluxub.

Çin Milli Səhiyyə Komissiyasına görə ötən çərşənbə axşamına olan məlumata əsasən, koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 24 324 olub, 490 xəstə ölüb, 892 xəstə isə müalicə olunaraq sağalıb. (report)

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »